Bank Of Baku

Gürcüstanda 5 tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda 5 tibb işçisi koronavirusa yoluxub
# 13 aprel 2020 23:36 (UTC +04:00)

Gürcüstanda 5 tibb işçisi koronavirusa yoluxub. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisidə yerləşən Respublika xəstəxanasının kliniki direktoru Devi Tabidze “Palitranews” proqramına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, xəstəxanada müalicə alan 9 nəfərdə koronavirus təsdiqlənib, onlardan 5-i Tbilisi Tibb İnstitutunun işçisidir. 

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxduğu təsdiqlənmiş şəxslərin sayı 272 nəfərə çatıb, onlardan 68-i sağalıb, 3-ü vəfat edib. Ölkə üzrə 4834 nəfər karantində saxlanılır. 

Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da təsdiqlənib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR