Bank Of Baku

Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib
# 25 avqust 2020 10:17 (UTC +04:00)

Gürcüstan Baş naziri Giorgi Qaxarianın imzaladığı qərara əsasən, bu gün bütün ölkə ərazisində Duşeti bələdiyyəsində baş verən faciəvi qəzanın qurbanlarının xatirəsinə ehtiram olaraq matəm günü elan edilib.

APA-nın yerli bürosu xəbər verir ki, matəm günü ilə əlaqədar ölkə ərazisində bütün inzibati binalarda dövlət bayraqları endirilib.

Qeyd edək ki, avqustun 23-də Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobusun 80 metr yüksəklikdən uçuruma yuvarlanması nəticəsində 17 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR