Bank Of Baku

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirib, ölənlər və yaralananlar var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirib, ölənlər və yaralananlar var
# 01 iyul 2026 17:46 (UTC +04:00)

Rusiyanın Odessa vilayətinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bundan başqa, Xersonda marşrut avtobusuna endirilən zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb, onlardan biri ölüb. Həmçinin Rusiya ordusunun şəhərə növbəti hücumu zamanı daha 2 nəfər yaralanıb.

Xarkovda isə Rusiya ordusunun atdığı mərmilərdən biri fərdi yaşayış evinə düşüb. Şəhər meri bildirib ki, hadisə nəticəsində, 1-i yeniyetmə olmaqla, 6 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR