Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 336 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 336 nəfərə çatıb
# 16 aprel 2020 10:20 (UTC +04:00)

Gürcüstanda daha 30 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma təsdiqlənib.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 336-ya çatıb.

Məlumatda  bildirilib ki, hazırda ölkə üzrə karantində 5000 nəfər saxlanılır, stasionar müalicədə isə 494 nəfər var. Virusa yoluxmuş şəxslərdən 74-ü sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR