Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 66-ya çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 3 320 nəfər, stasionar müalicədə isə 235 nəfər var.
Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 8-i artıq sağalıb.
Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.