Gürcüstanın İmereti rayonunun Tskaltubo bələdiyyəsində qaçqınların məskunlaşdığı sanatoriya binasında yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaşı 65-dən çox olan iki qadın yanaraq ölüb.
Yanğının söndürülməsi məqsədi ilə əraziyə 4 yanğınsöndürmə briqadası cəlb edilib və yanğın tez bir zamanda söndürülüb.
Hadisə ilə əlaqədar 35 nəfər binadan təxliyə edilib.
Yanğının baş vermə səbəbi hələlik bilinmir. Fakta bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.