Gürcüstanda son sutkada koronavirusa 1 527 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

Gürcüstanda son  sutkada koronavirusa 1 527 yoluxma qeydə alınıb, 24 nəfər ölüb
# 31 dekabr 2020 11:01 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 527 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 227 420, ölənlərin sayı isə 2505 nəfərə çatıb.

Virusa yoluxanlardan 211 727 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR