Bank Of Baku

Gürcüstanın sabiq müdafiə naziri həbs edilib

Gürcüstanın sabiq müdafiə naziri həbs edilib
# 13 aprel 2020 12:59 (UTC +04:00)

Gürcüstanın sabiq müdafiə naziri, “Qalib Gürcüstan” siyasi partiyasının lideri İrakli Okruaşvili 5 il müddətinə həbs edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərar Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Sabiq nazir ötən il iyunun 20-21-də Tbilisidə parlament binası qarşısında baş tutan polis-vətəndaş qarşıdurması ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsi (kütləvi zorakılığın təşkili, ona rəhbərlik və  iştirak etmək) ilə ittiham edilib. Bundan başqa məhkəmədə sabiq nazirə qarşı digər bir iş üzrə də ittiham irəli sürülüb. İstintaq İrakli Okruaşvilini 24 noyabr 2004-cü ildə Daxili işlər naziri olduğu dövrdə Amiran Robakidzenin qətli işində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. 

Qeyd edək ki, sabiq nazir İ. Okruaşvili ötən il iyun ayının 25-də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR