Son 24 saat ərzində İspaniyada koronavirusdan 565 nəfər vəfat edib.
APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyinin rəsmisi mətbuat brifinqində deyib.
Nazirliyin rəsmisinin sözlərinə görə, indiyədək ölkədə 20 043 nəfər COVID-19 virusundan vəfat edib.
Gün ərzində daha 4 499 nəfər koronavirsa yoluxub, bu günədək virusa yoluxanların sayı 191 726-ya çatıb, son sutkada 3 166 nəfər sağalıb, sağalanların ümumi sayı 74 662 nəfərdir.