Bank Of Baku

İstanbulda 3 hissəyə bölünən təyyarənin “qara qutu"su araşdırmaya verilib

İstanbulda 3 hissəyə bölünən təyyarənin “qara qutu"su araşdırmaya verilib
# 06 fevral 2020 15:13 (UTC +04:00)

İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Boeing 737-800" tipli sərnişin təyyarəsinin “qara qutu”su araşdırmaya verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Pegasus Hava Yolları Şirkətinin rəhbəri Məhmət Tevfik Nanə mətbuata açıqlamasında bildirib. Şirkət rəhbəri deyib ki, dünən qəza baş verdikdən sonra yerli vaxtla 18.36-dan başlayaraq, 18 nəfərlik heyət yaradılıb. Xəstəxanaya yerləşdirlilən yaralılar, digər zərərçəkən sərnişinlərlə əlaqə yaradılıb, onların problemlərilə bağlı tədbirlər görülür. 

Təyyarədə 177 sərnişin, 6 işçi heyətlə birlikdə 183 nəfərin olduğunu deyən Məhmət Tevfik onlardan 180-nin xəstəxanaya aparıldığını, 3-nün vəfat etdiyini xatırladıb.

Qeyd edək ki, fevralın 5-də Türkiyədə "Boeing 737-800" tipi  sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR