Bank Of Baku

İstanbulda sel bir nəfərin ölümünə səbəb olub

İstanbulda sel bir nəfərin ölümünə səbəb olub
# 23 iyun 2020 19:36 (UTC +04:00)

İstanbulun Esenyurt rayonundakı sel fəlakətində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib. Onun sözlərinə gğrə, İstanbulda aramsız leysan yağışları nəticəsində daşan Harami çayı selə səbəb olub.

Ali Yerlikaya ölən şəxsin 32 yaşlı Suriya vətəndaşı olduğunu qeyd edib. 

Vali zirzəmidə qalan digər 2, 3 və 5 yaşlarında olan suriyalı uşaqların isə xilas edildiyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR