"Kiara" qasırğası Belçikada fəsadlara səbəb olub

"Kiara" qasırğası Belçikada fəsadlara səbəb olub
# 11 fevral 2020 02:29 (UTC +04:00)

Belçikanın və Niderlandın bir hissəsində "Kiara" qasırğası ciddi fəsadlara səbəb olub.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, qasırğa zamanı ağaclar kökündən qopub, avtomobillər əzilib, evlərə ziyan dəyib.

Təkcə Zaventem hava limanında 58 aviareys ləğv edilib. Başqa aeroportlarda da uçuşlar təxirə salınıb. Bütün Belçika ərazisində açıq səma altında keçirilən idman tədbirləri ləğv edilib. Bəzi qatarların hərəkət cədvəlində ləngimələr var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR