İtaliyanın Xarici İşlər naziri Luigi Di Mayo Liviyaya səfər edib.
APA-nın "Al Arabiya"ya istinadən verdiyi xəbərə görə, Luigi Di Mayo Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərracla görüşüb.
XİN başçısının liviyalı həmkarı və ölkənin Daxili İşlər naziri ilə də görüşü planlaşdırılıb.
İtaliya XİN-in adının açıqlanmasını istəməyən yüksək səviyyəli rəsmisi bildirib ki, Roma Liviya məsələsini prioritet hesab edir, çünki bu, ölkənin milli təhlükəsizliyinə aid problemdir.
“Biz bu ölkənin parçalanmasına razı ola bilmərik. Buna görə ilk olaraq Ankaraya getdik”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, İtaliya XİN başçısı sonuncu dəfə yanvar ayında Liviyaya səfər edib.