NATO-nun koronavirusa yoluxmuş keçmiş baş katibi Haviyer Solana sağalıb.
APA-nın xəbərinə görə, bu barədə Haviyer Solana özü "Twitter"də bildirib.
"Dörd həftə yarımdan sonra mən xəstəxananı tərk edirəm və evə gedirəm. Bu müddət ərzində məni dəstəkləyən bütün dostlarıma təşəkkür edirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, koronavirusa yoluxduğu məlum olduqdan sonra NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın əvvəllərində Madriddə xəstəxanaya yerləşdirilib.
Haviyer Solana 1992-1995-ci illərdə Baş nazir Felipe Qonzalesin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri, 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi olub.