Bank Of Baku

Polşada tibbi-sosial müəssisədə yanğın baş verib, 4 nəfər ölüb

Polşada tibbi-sosial müəssisədə yanğın baş verib, 4 nəfər ölüb
# 06 yanvar 2020 14:34 (UTC +04:00)

Ötən gecə Polşada tibbi-sosial müəssisədə yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla gecə saat 03.00 radələrində Xoynitse şəhərində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Xəsarət alanların 2-i polis, 2-i tibbi-sosial müəssisənin əməkdaşı, qalanları xəstələrdir.Yanğının odla ehtiyatsız davranma - siqaret çəkilməsi zamanı baş verdiyi ehtimal olunur. Yanğın artıq söndürülüb.

Xoynitse şəhər meri 8 yanvar axşama qədər matəm elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR