Bank Of Baku

Qondarma "erməni soyqırımı"nın əsas təbliğatçılarından biri koronavirusdan ölüb

Qondarma "erməni soyqırımı"nın əsas təbliğatçılarından biri koronavirusdan ölüb
# 29 mart 2020 14:27 (UTC +04:00)

Fransanın sabiq naziri koronavirusdan vəfat edib.

APA-nın Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, Nikola Sarkozi hökumətində nazir postunda çalışmış erməni əsilli Patrik Devecyan 75 yaşında koronovirusdan vəfat edib. Devecyan martın 26-da "Twitter" səhifəsində COVID-19 virusuna yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini qeyd etmiş və tibb işçilərinə ona göstərilən qayğıya görə təşəkkür etmişdi. 

Qeyd edək ki, Patrik Devecyan Fransanın sabiq prezidenti Nikola Sarkozinin müşaviri olmuş və 2008-ci ildə qlobal iqtisadi böhrandan sonra Fransa iqtisadiyyatının bərpası planın hazırlanması ilə məşğul olan nazirlikdə nazir postuna təyin olunmuşdu. O ölümünə qədər Parisin Hauts-De-Seine administrativ rayonunun rəhbəri vəzifəsində çalışıb. Erməni əsilli siyasətçi qondarma "erməni soyqrımı"nın Fransada tanınması ilə bağlı əsas təbliğatçılardan biri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR