Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili bu gün “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüş öncəsi bildirib.
“Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, - deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib.