Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər ölüb, xəsarət alanların sayı 29-a çatıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
“Rusiya Dneprdə infrastrukturu raket zərbəsinə məruz qoyub. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir. Bütün aidiyyəti xidmətlər cəlb olunub və zərərçəkənlərə lazımi yardım göstərilir. Təəssüf ki, hazırkı məlumata görə, raket zərbəsi nəticəsində 5 nəfər həlak olub, 29 nəfər isə yaralanıb”, - Ukrayna lideri bildirib.
***
13:16
Rusiya ordusu səhər saatlarında Ukraynanın Dnepr şəhərinə ballistik raketlə zərbə endirib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
“UNIAN” bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksand Qanjaya istinadən məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanalara yerləşdirilib, onlara tibbi yardım göstərilir.
Hadisənin nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.