Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verilir

Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verilir
# 24 iyun 2020 16:04 (UTC +04:00)

İyulun 1-dən Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib. Qərarda mərasimlərin müddətinin azaldılması və açıq havada keçirilməsi şərti qoyulub.

Mərasim zamanı masalar bir-birindən 1.5 metr məsafədə düzüləcək, stolların üstündə dezinfeksiyaedici məhlullar qoyulacaq və maska taxılacaq, toplu şəkillər çəkilməyəcək və Türkiyə toylarındakı ənənəvi zinət əşyalarının bəylə-gəlinə şəxsən hədiyyə edilməsi mərasimi icra edilməyəcək, hədiyyələr xüsusi qutulara toplanacaq. Rəqs zamanı da sosial məsafə qorunacaq.

Qaydalara görə, toya gələn qonaqların hərarəti də ölçüləcək, temperaturu 38 dərəcədən yüksək olanlar mərasimə buraxılmayacaq və ən yaxın tibb müəssisəsinə müayinəyə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR