Bank Of Baku

Türkiyədə xəstəxanada yanğında ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Türkiyədə xəstəxanada yanğında ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
# 19 dekabr 2020 13:10 (UTC +04:00)

“Qaziantepdə reanimasiya şöbəsində baş verən hadisə hamımızı üzüb”. 

APA-nın məlumatına görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb: “Yanğından təsirlənən digər xəstələr təcili yardım əməkdaşları tərəfindən yaxın ərazilərdəki xəstəxanalara köçürülüblər. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Hadisəni yaxından izləyirik”.

***

10:40

Türkiyənin Qaziantep bölgəsində xəstəxanada güclü yanğın olub.

APA-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, SANKO Universitetinin xəstəxanasının COVİD xəstələrinin yatdığı reanimasiyasında baş verən yanğın zamanı 8 nəfər vəfat edib.

Xəstəxanadan verilən açıqlamada bildirilir ki, reanimasiyada müalicəsi davam edən digər xəstələr müxtəlif xəstəxanalara köçürülüb: “11 xəstə yaxınlıqdakı digər xəstəxanalara köçürülüb. Müvafiq qruplarımız hadisə yerində lazımi tədbirləri görür və araşdırmalar davam edir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR