Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən Türkiyəyə gələn və karantin müddəti bitən 5 mindən çox ziyarətçi təkrar karantinə alınıb. Onlar arasında COVID-19 testinin nəticələri pozitiv çıxanlar olub.
APA-nın yerli bürosunun xəbərinə görə, 15 martda Ümrədən gələn 2200 ziyarətçi Konyada, 3135-i isə Ankaranın Gölbaşı rayonunda 14 günlük karantinə alınmışdı.
Cavabı pozitiv çıxanlar xüsusi xəstəxanalara aparılıb, digərlərinin isə karantin müddəti uzadılıb.