Xorvatiyada qocalar evində yanğın olub, 6 nəfər ölüb

Xorvatiyada qocalar evində yanğın olub, 6 nəfər ölüb
# 12 yanvar 2020 07:21 (UTC +04:00)

Xorvatiya paytaxtı yaxınlığında qocalar evində baş vermiş yanğın nəticəsində orada məskunlaşan 6 ahıl yaşlı insan dünyasını dəyişib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə milli qəzet “Večernji list” məlumat yayıb.

Nəşrin yazdığına görə, Zaqrebdən 30 km məsafədə yerləşən Andraşevats yaşayış məntəqəsindəki qocalar evində yanğın baş verib. Yanğın sürətlə taxta konstruksiyalı binanı bürüyüb. Yanğınsöndürmə briqadalarının dərhal gəlməsinə baxmayaraq, bina, demək olar ki, tamamilə yanıb. Yanğının səbəbləri hələ müəyyən edilməyib. İlkin məlumata görə, binada ümumilikdə 20 nəfər olub.

Faciə ilə əlaqədar hadisə yerinə Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç baş çəkib, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR