Bank Of Baku

Yunanıstanda miqrantları daşıyan gəmi batıb, 12 nəfər ölüb

Yunanıstanda miqrantları daşıyan gəmi batıb, 12 nəfər ölüb
# 11 yanvar 2020 15:00 (UTC +04:00)

Qeyri-leqal miqrantları daşıyan gəmi İon dənizində batıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər Paksa adaları yaxınlığında baş verib.

Yunanıstan sahil mühafizə xidmətinin verdiyi məlumatda 21 nəfərin xilas edildiyi, 12 nəfərin isə öldüyü bildirilir. Ümumilikdə gəmidə 50 nəfər olub.

Hazırda hadisə yerində xilasetmə-axtarış tədbirləri görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR