ABŞ Hərbi Hava Qüvvələrinin daha iki strateji bombardmançı təyyarəsi Böyük Britaniyaya gəlib.
APA xəbər verir ki, bu barədə "Gloucestershire Live" məlumat yayıb.
Amerikanın daha iki "B-1B Lancer" strateji bombardmançı təyyarəsi İngiltərədəki "Fairford" Hərbi Hava Qüvvələri bazasına gəlib.
Hazırda Britaniyada dörd "B-1B Lancer" strateji bombardmançı təyyarəsi var.
ABŞ-in Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının verdiyi məlumata görə, mayın 23-də ilk iki belə təyyarə “Amerikanın Avropa komandanlığı və NATO-nun çəkindirmə təşəbbüslərini dəstəkləmək üçün” İngiltərədəki Fairford Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.