Bank Of Baku

Türkiyə Rusiyadan daha bir S-400 ala bilər

Türkiyə Rusiyadan daha bir S-400 ala bilər
# 10 aprel 2019 12:16 (UTC +04:00)

ABŞ Türkiyəyə “Patriot” zenit raket komplekslərini satmaqdan imtina etsə, Türkiyə Rusiyadan alacağı S-400 kompleksinin sayını artıra bilər. 

ONA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

“ABŞ-ın bizə “Patriot” satacağına zəmanət yoxdur. Satmasa, biz Rusiyadan daha bir S-400 kompleksi ala bilərik", - deyə M.Çavuşoğlu bildirib. 

Nazir həmçinin vurğulayıb ki, ABŞ F-35 qırıcılarını da satmaqdan imtina edərsə, Türkiyə başqa bir ölkəyə müraciət etməyi düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR