Bank Of Baku

ABŞ Rusiyadan "Su-35"-lər aldığına görə Misirə sanksiya tətbiq edə bilər

ABŞ Rusiyadan "Su-35"-lər aldığına görə Misirə sanksiya tətbiq edə bilər
# 09 aprel 2019 07:27 (UTC +04:00)

ABŞ hökuməti “ABŞ-ın rəqiblərinə sanksiyalarla cavab verilməsi haqqında” qanun çərçivəsində digər dövlətlərin silahlarını alan ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri mətbuat konfransında Misirin Rusiyadan “Su-35” hərbi təyyarələri alması ilə bağlı ünvanlanmış suala cavabında deyib.

“Rusiya silah çatdırılmasında etibarlı tərəfdaş deyil”, - deyə nümayəndə əlavə edib və vurğulayıb ki, ABŞ-ın hərbi texnikaları Rusiyanın istehsal etdiyi analoqlarından üstün sayılır.

Qeyd edək ki, bir müddət əvvəl Misirin Rusiyadan onlarla “Su-35” bombardmançı təyyarə almasına dair xəbər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR