Bank Of Baku

ABŞ Türkiyəyə qarşı sərt qərar verib

ABŞ Türkiyəyə qarşı sərt qərar verib
# 05 mart 2019 07:28 (UTC +04:00)

ABŞ Türkiyəyə tətbiq etdiyi ticarət güzəştini ləğv edir.

ONA-nın ABŞ bürosunun xəbərinə görə, Birləşmiş Ştatlar Türkiyəyə tətbiq etdiyi imtiyazlı ticarəti dayandırmaq niyyətindədir. 

Bu barədə ABŞ ticarət nümayəndəliyindən verilən açıqlamada məlumat verilib. Məlumata görə, ABŞ-ın Türkiyəyə bəzi ixrac mallarının güzəştlə idxalını nəzərdə tutan proqram çərçivəsində tətbiq etdiyi imtiyazın ləğv ediləcəyi bildirilir. 

“Türkiyə artıq bu proqramda iştirak edə bilməz. Çünki, iqtisadiyyatı kifayət qədər inkişaf edib”, - deyə nümayəndəlikdən yayılan bəyanatda bildirilir. 

Qurum hələ avqust ayından belə qərarın verilə biləcəyi mesajını vermişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR