Bank Of Baku

ABŞ Ukraynaya yeni yardım paketini açıqlayıb - YENİLƏNİB

ABŞ Ukraynaya yeni yardım paketini açıqlayıb  - YENİLƏNİB
# 09 may 2023 18:32 (UTC +04:00)

ABŞ Ukraynaya 1,2 milyard dollarlıq yeni yardım paketini açıqlayıb.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:

- əlavə hava hücumundan müdafiə vasitələri və döyüş sursatları

- Qərb hava hücumundan müdafiə sistemlərinin, raketlərin və radarların Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıq

- PUA-lara qarşı döyüş sursatı

- 155 mm-lik artilleriya mərmiləri

- kommersiya peyk təsviri xidmətləri

- Təlim və texniki xidmətə dəstək

Yardım USAI proqramı vasitəsilə həyata keçirilir. Bu o deməkdir ki, göstərilən məbləğə ABŞ istehsalçılardan avadanlıq və silah alır, ona görə də Ukrayna bütün bunları dərhal almayacaq.

***

18:03

ABŞ Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini ayırıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR