Bank Of Baku

AEBA-nın iki nümayəndəsi Zaporojye AES-də daimi əsasda qalıb

AEBA-nın iki nümayəndəsi  Zaporojye AES-də daimi əsasda qalıb
# 05 sentyabr 2022 13:53 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dörd nümayəndəsi sentyabrın 5-də Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edib, missiyanın iki nümayəndəsi isə obyektdə qalıb.

APA xəbər verir ki, bu barədə "Energoatom" "Telegram" hesabında məlumat yayıb.

"Bu gün, 2022-ci il sentyabrın 5-də AEBA-nın təftiş qrupunun altı nümayəndəsindən dördü Zaporojye AES-də işlərini başa vuraraq zavodun ərazisini tərk edib”, - məlumatda deyilir.

Eyni zamanda, AEBA-nın iki ekspertinin AES-də daimi əsaslarla fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, AEBA-nın missiyası sentyabrın 1-də Zaporojye AES-də olub. Həmin gün nümayəndə heyətinin əksəriyyəti obyekti tərk edib.

Xatırladaq ki, Avropanın ən böyük Atom Elektrik Stansiyası olan Zaporojye AES martın 4-dən Rusiya hərbçiləri tərəfindən ələ keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR