Paşha Bank
Bank Of Baku

Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb

Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb
# 19 oktyabr 2026 23:40 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskinin əlavə 70 milyard avro maliyyə yardımı tələbi Avropa İttifaqı ölkələri arasında fikir ayrılığına səbəb olub.

“La Repubblica” nəşrinin məlumatına görə, bəzi Avropa dövlətləri Ukraynaya yeni kreditin ayrılmasında iştirak etməkdən imtina ediblər.

Nəşrin mənbələri bildirirlər ki, Avropa rəsmiləri tələb olunan vəsaitin hansı mənbələr hesabına təmin ediləcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.

“Biz bu vəsaiti haradan tapacağımızı bilmirik”, – Avropa Şurasının yüksəkvəzifəli rəsmilərindən biri bildirib.

Qeyd olunur ki, vəziyyəti çətinləşdirən amillərdən biri Aİ-nin bir neçə ay əvvəl Ukraynaya növbəti iki il ərzində təqdim edilməsi nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketi ayırmasıdır.

Məlumata görə, Macarıstan, Çexiya və Slovakiya yeni kredit təşəbbüsündə iştirak etməkdən imtina ediblər.

İspaniya, Fransa, İtaliya, Yunanıstan və Polşada isə qarşıdan gələn seçkilər fonunda Ukraynaya əlavə maliyyə ayrılması siyasi baxımdan həssas məsələ hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR