Bank Of Baku

Aİ etirazlarda iştirak etmiş 3 nəfərin edamına görə İrana yeni sanksiyalar tətbiq edəcək

Aİ etirazlarda iştirak etmiş 3 nəfərin edamına görə İrana yeni sanksiyalar tətbiq edəcək
# 22 may 2023 13:42 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell insan haqları pozuntularına görə İrana qarşı yeni sanksiyalar paketi elan edəcəklərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Cozep Borrell jurnalistlərə açıqlamasında bildirib.

“3 iranlının edam edilməsindən sonra İrana qarşı yeni sanksiyalar paketi tətbiq edikəcəyik”, - Aİ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, İranın daha çox fiziki və hüquqi şəxsləri Aİ-nin sanksiyalar siyahısına əlavə olunacaq.

Xatırladaq ki, etiraz aksiyalarında iştirak etmiş 3 nəfər məhkum Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi mayın 19-da İsfahanda edam olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR