Bank Of Baku

Aİ kimyəvi silahların yayılması və istifadəsinə görə sanksiyaların müddətini uzadıb

Aİ kimyəvi silahların yayılması və istifadəsinə görə sanksiyaların müddətini uzadıb
# 14 oktyabr 2025 07:14 (UTC +04:00)

Avropa İttifaqı Şurası kimyəvi silahların yayılması və istifadəsinə görə fərdi məhdudlaşdırıcı tədbirlərin tətbiqini 16 oktyabr 2026-cı il tarixinədək uzadıb.

APA xəbər veri ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, məhdudiyyətlər ümumilikdə 25 fiziki və 6 hüquqi şəxsə şamil olunur.

Siyahıya daxil olan şəxslərin aktivləri dondurulur, onlara və ya onların xeyrinə birbaşa və ya dolayı yolla vəsaitlərin və iqtisadi resursların verilməsi qadağandır.

Bundan əlavə, siyahıya daxil olan fiziki şəxslərin Aİ-yə girişinə qadağa qoyulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR