Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında лimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 933,1 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 47,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,6 faiz artıb, kimya sənayesi məhsullarının istehsalı isə 10 faiz azalıb.
Qeyd olunu rki, hesabat düvründə kimya sənayesi məhsullarından etilen istehsalı 23,9 faiz, polietilen istehsalı 22,9 faiz azalıb, rezin və plastik kütlə məmulatlarından polietilendən kisə və çantaların istehsalı 21,2 faiz, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr 18,9 faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 3,1 faiz artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.11.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
37 078,9 |
96,7 |
32,4 |
|
ondan azot, min kub metr |
18 623,2 |
92,7 |
29,0 |
|
Lak-boya məmulatları, ton |
45 157,7 |
130,4 |
369,9 |
|
Qeyri-üzvi kimyəvi maddələr, ton |
29 240 |
156,6 |
6 740 |
|
ondan yod, ton |
165,7 |
98,5 |
5,0 |
|
Üzvi kimyəvi maddələr, min ton |
591,5 |
78,4 |
57,1 |
|
ondan: etilen, min ton |
99,0 |
76,1 |
0,8 |
|
propen (propilen), min ton |
99,4 |
82,1 |
0,8 |
|
metanol (metil spirti), min ton |
317,3 |
78,6 |
36,6 |
|
Etil spirti, min dkl |
52,6 |
81,8 |
12,2 |
|
Gübrə və azot birləşmələri, min ton |
478,6 |
89,6 |
74,2 |
|
Ondan: karbamid, min ton |
477,5 |
89,5 |
74,2 |
|
İlkin formada plastik kütlə, min ton |
201,3 |
79,4 |
37,8 |
|
ondan polietilen, min ton |
96,6 |
77,1 |
13 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
166,4 |
117,3 |
9,2 |