Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5146,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,3 faiz azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından mazut istehsalı 96,7 faiz, sürtkü yağlarının istehsalı 24,8 faiz artıb.
Bildirilir ki, hesabat dövründə ağ neft istehsalı 17,2 faiz, neft bitumu istehsalı isə 31,1 faiz azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.11.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1 190,2 |
97,3 |
42,4 |
|
Ağ neft, min ton |
482,1 |
82,8 |
41,2 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
2 021,9 |
95,9 |
80,5 |
|
Mazut, min ton |
113,3 |
196,7 |
5,4 |
|
Sürtkü yağları, min ton |
38,2 |
124,8 |
0,7 |
|
Maye qazlar, min ton |
150,9 |
79,4 |
1,8 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
706,2 |
111,3 |
38,1 |
|
ondan: neft bitumu, min ton |
147,3 |
68,9 |
17 |
|
neft koksu, min ton |
214,3 |
112 |
17,4 |