Bank Of Baku

Aİ Kiyevdəki Nümayəndəliyinə hücuma görə Rusiyanın Brüsseldəki səfirini çağırır

Aİ Kiyevdəki Nümayəndəliyinə hücuma görə Rusiyanın Brüsseldəki səfirini çağırır
# 28 avqust 2025 14:21 (UTC +04:00)

Avropa İttifaqı Rusiyanın Brüsseldəki səfirini çağırır.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında deyib.

“Mən Kiyevdə nümayəndəlik binamız Rusiyanın zərbəsi nəticəsində ziyan gördükdən sonra nümayəndəlikdə olan həmkarlarımla danışdım. Sizin Ukraynanı dəstəkləmək qətiyyətiniz bizə güc verir. Heç bir diplomatik nümayəndəlik hədəfə alınmamalıdır. Buna cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq”, - Kaya Kallas qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR