Rusiyanın Gürcüstanın işğal altındakı Abxaziya regionunda hərbi dəniz bazası yaratması ilə bağlı xəbərlər narahatlıq doğurur.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O bildirib ki, belə bir addım Rusiyanın 2008-ci ildə 6 maddəlik sülh planı üzrə götürdüyü öhdəliklərini açıq şəkildə pozması olar.
Herçinski bunun arzuolunmaz vəziyyət olduğunu, Aİ-nin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, Abxaziyanın de-fakto rejim rəhbəri Aslan Bjaniya ötən gün Rusiya mətbuatına açıqlamasında Moskvanın Abxaziyada yeni hərbi dəniz bazası yaradacağını bildirib. Gürcüstan XİN ötən gün yaydığı bəyanatında məsələ ilə bağlı narahatlığını ifadə edib.