Bank Of Baku

Aİ Rusiyanın enerji daşıyıcılarına görə hər ay 1,5 milyard avro ödəyir

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

# 03 dekabr 2025 15:12 (UTC +04:00)

Avropa İttifaqı Rusiyadan idxal olunan enerji daşıyıcılarına görə ayda 1,5 milyard avro ödəyir, lakin məqsəd bu rəqəmi tam sıfıra endirməkdir.

APA “Evropeyskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Aİ-nin Rusiyadan idxal olunan enerji daşıyıcılarının istifadəsini tam dayandırmaq barədə ilkin razılıq əldə etməsini şərh edərkən bildirib.

Ursula von der Leyen Avropanın Rusiyadan tam enerji asılılığından azad olduğu yeni dövrün başlanğıcını elan edib.

O vurğulayıb ki, Aİ-nin Rusiyadan enerji daşıyıcılarının idxalını azaltması Ukraynaya qarşı işğalçı müharibəni maliyyələşdirmək üçün əldə olunan gəlirlərin azalmasına səbəb olub.

“Müharibənin başlanğıcında biz Rusiyaya ayda 12 milyard avro ödəyirdik, indi bu məbləğ ayda 1,5 milyard avroya düşüb, bu hələ də çoxdur və biz onu sıfıra endirməyə çalışırıq”, – Ursula von der Leyen əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR