ABŞ prezidenti Donald Tramp “SpaceX” şirkətinin rəhbəri İlon Maskın Ukraynanın “Starlink” terminallarına çıxışını bərpa etdiyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Tramp Ukraynada terminalların işləmə sürətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün Maskla telefonla danışdığı barədə xəbərləri şərh etməkdən imtina edib.
O, Maskla münasibətlərinin çox yaxşı olduğunu bildirib və əlavə edib ki, zəng edib-etməməsindən asılı olmayaraq, əsas məsələ məhdudiyyətlərin aradan qaldırılmasıdır.