Bank Of Baku

Aİ Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 peyvənd sertifikatlarını tanıyacaq

Aİ Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 peyvənd sertifikatlarını tanıyacaq
# 19 avqust 2021 16:14 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 peyvənd sertifikatlarını tanıyacaq. 

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə və qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi bildirib.

Onun sözlərinə görə, bu gün Avropa Komissiyası müvafiq qərarı qəbul edib. Belə ki, Türkiyə, Şimali Makedoniya və Ukrayna Aİ-nin Rəqəmsal COVID Sertifikatı Sisteminə qoşulub və bu ölkələrin verdiyi COVID peyvənd sertifikatları Aİ ərazisində qəbul ediləcək. Bu üç ölkə də qarşılıqlı olaraq Aİ ölkələrinin verdiyi peyvənd sertifaktlarını qəbul edəcək.

Qərarlar sabahdan qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR