Avropa İttifaqı Ukrayna qaçqınların qəbuluna görə İttifaq ölkələrinə 3,5 milyard avro vəsait ayırıb.
APA-nın xəbərinə görə, bu məlumat Avropa Komissiyasının son hesabatında yer alır. Bölgüdə ən çox vəsaiti Polşa əldə edib – 562 milyon avro. BMT-nin hesabatına görə, fevralın 24-dən 5,4 milyon ukraynalı ölkəni tərk edib. Hər 6 qaçqından biri Polşada məskunlaşıb.