Praqadan Romaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə bomba olması barədə məlumat daxil olduqdan sonra Venesiyaya yönləndirilib.
APA xəbər verir ki, bu barədə İtaliyanın Milli Mülki Aviasiya İdarəsi (ENAV) məlumat yayıb.
Qurumun nümayəndəsi bildirib ki, təyyarənin göyərtəsində partlayıcı qurğunun ola biləcəyi barədə məlumat alındıqdan sonra təhlükə siqnalı elan edilib. Təyyarə Venesiya hava limanına eniş edib.
Qeyd edək ki, gün ərzində Avropa təyyarələrinin göyərtəsində partlayıcı maddələrin olması ilə bağlı azı 15 məlumat daxil olub.