8 Noyabr – Zəfər Günü ərəfəsində Böyük Britaniyanın Esseks Universitetində tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən APA-ya verilən xəbərə görə, Universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin müşaviri Ramil Tağıyev, Esseks Universitetinin doktorantı, BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü seçilmiş Fərid Adilov, universitetin Azərbaycan Cəmiyyətinin sədri Əli Xəlilov, azərbaycanlı tələbələr, eləcə də xarici qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, eləcə də ölkəmizin müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Çıxış edən səfirliyin müşaviri Ramil Tağıyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının milli birliyinin, əzminin və qətiyyətinin rəmzinə çevrilib. Tarixi Zəfərin əldə olunmasında Azərbaycan Prezidentinin rəhbərliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və xalqımızın həmrəyliyi xüsusi qeyd edilib.
Çıxışında xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəmizin beynəlxalq aləmdə tanıdılması və Azərbaycan–Böyük Britaniya münasibətlərinin inkişafındakı roluna toxunan diplomat tələbələrin Azərbaycanın qeyri-rəsmi təmsilçiləri olduğunu bildirib. O, gəncləri təhsil aldıqları ölkədə Azərbaycanın tarixinin, mədəniyyətinin və müasir inkişafının təbliğində fəal iştirak etməyə, əldə etdikləri bilik və təcrübəni gələcəkdə ölkəmizin inkişafına yönəltməyə çağırıb.
Esseks Universitetinin doktorantı, BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü seçilmiş Fərid Adilovun çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutduğu, tarixi Qələbənin ölkəmizin gələcək inkişafı baxımından yeni imkanlar yaratdığı vurğulanıb.
F.Adilov, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə təmsil olunmasının, xüsusilə insan hüquqları, təhsil və elm sahələrində fəal iştirakının əhəmiyyətinə diqqət çəkib. Xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik və peşəkar mühitdə ölkəmizin tanıdılmasına töhfə verməsinin, milli kimliyə və tarixi irsə bağlılığını qorumaqla yanaşı, müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini qeyd edib.
Esseks Universitetinin Azərbaycan Cəmiyyətinin sədri Əli Xəlilov çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd edərək, tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçiliyini qorumaq əzminin təcəssümü olduğunu vurğulayıb.
Ə.Xəlilov, həmçinin, xaricdə təhsil alan hər bir azərbaycanlı gəncin ölkəmizi layiqincə təmsil etmək, Azərbaycanın tarixini və həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mənəvi məsuliyyət daşıdığını bildirib.
Tədbir çərçivəsində azərbaycanlı tələbələr və xarici qonaqlarla fikir mübadiləsi aparılıb, Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişafı, eləcə də Azərbaycan–Böyük Britaniya əlaqələrinin perspektivləri ətrafında müzakirələr keçirilib.
Tədbir iştirakçıları Zəfər Gününün xaricdə yaşayan azərbaycanlıların milli birlik və həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Zəfər Günü Böyük Britaniyanın Esseks Universitetində qeyd olunub
Xarici siyasət
Brüsseldə Zəfər Günü qeyd olunub - FOTO
Səfir: Britaniyalı mütəxəssislər Naxçıvan şəhəri üçün 20 illik strateji plan hazırlayır
Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Litva XİN rəhbərinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır - YENİLƏNİB
Xəbər Lenti
Brüsseldə Zəfər Günü qeyd olunub - FOTO
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verilib
Romaya uçan “WizzAir”in təyyarəsi bomba təhdidinə görə Venesiyaya yönləndirilib
Səfir: Britaniyalı mütəxəssislər Naxçıvan şəhəri üçün 20 illik strateji plan hazırlayır
10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
Nazir: Ermənistanın Aİİ-dən çıxması iqtisadi artımı 0,65 faiz bəndi azalda bilər
Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək
Tərtərdə yanğın törədərək ər-arvadı öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır
Litva XİN rəhbərinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır - YENİLƏNİB
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO
Zəfər Günü Böyük Britaniyanın Esseks Universitetində qeyd olunub
Azərbaycanın axtarışa verdiyi 2 nəfər Gürcüstanda tutularaq ekstradisiya edilib
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib
“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib
City Garden Narimanov-da təməldən satış başladı – Yeni şərtlər
Baqiri: İran Ali Rəhbərinin mesajında Moskva ilə əməkdaşlığın perspektivləri əks olunub
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb
Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
Zakir Fərəcov vətəndaşlarla növbəti səyyar qəbul keçirib
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Məktəblilər arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” adlı esse müsabiqəsi keçiriləcək
Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib
PAŞA Real Estate Qrup və “Zəfər” İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib
Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq konsepsiyası - ŞƏRH
Rusiya bu il 63,5 min miqrantı deportasiya edib
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Kreml: Ermənistanın üzvlüyü KTMT-də aparılan müzakirələrdən sonra müəyyən ediləcək
Sklerozun müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı problemə aydınlıq gətirilib