Bank Of Baku

Aİ Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib

Aİ Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib
# 17 mart 2025 17:46 (UTC +04:00)

Avropa İttifaqı xarici işlər nazirləri Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Xarici Əlaqələr Şurasından sonra mətbuat konfransında deyib.

“Avropa İttifaqı xarici işlər nazirləri Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib, lakin yaxın gələcəkdə irəliləməyə ümid edirlər”, - Kallas qeyd edib.

Kallasın sözlərinə görə, bu təşəbbüs geniş siyasi dəstəyə malikdir və hazırda müzakirələrin təfərrüat mərhələsi davam edir. O, yaxın gələcəkdə bu istiqamətdə irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR