Bank Of Baku

Aİ Ukraynaya dron texnologiyası üçün 3,9 mlrd. avro ayırıb

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

# 30 iyun 2026 14:24 (UTC +04:00)

Avropa İttifaqı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə qabaqcıl pilotsuz uçuş aparatları (PUA) texnologiyasına dəstək üçün 3,9 milyard avro vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X”-də yazıb.

Onun sözlərinə görə, Ukraynanın Rusiyanın genişmiqyaslı işğalına qarşı uğurlu müqavimətinin əsasını ölkənin innovativ yanaşmaları təşkil edir.

“Ukraynanın ixtiraçılığı onun Rusiyanın genişmiqyaslı işğalına qarşı uğurlu müqavimətinin mərkəzində dayanır. Məhz bu ixtiraçılığı dəstəkləmək istəyirik. Bu gün Ukraynanın müdafiəsini gücləndirmək üçün qabaqcıl dron texnologiyalarına ilk 3,9 milyard avro ayırırıq”, – Ursula von der Lyayen bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR