Avropa İttifaqı Ukrayna limanlarının blokadası ilə bağlı yaranan problemlər səbəbilə fermerlərə əlavə 220 milyon avro həcmində vəsait ayırmayıb.
Bu barədə “European Pravda” Avropa Komissiyasının nümayəndəsi Markus Lammertə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna Kənd Təsərrüfatı Nazirliyi avqustun əvvəlində kiçik və orta kənd təsərrüfatı istehsalçılarının kredit faizlərinin kompensasiyası üçün 220 milyon avro həcmində əvəzsiz yardım istəyib. Lakin Aİ əlavə vəsait ayırmaq əvəzinə artıq mövcud layihələr vasitəsilə dəstəyin davam etdiriləcəyini bildirib.
Bundan əvvəl Ukrayna tərəfi Qara dəniz limanlarının blokadası fonunda logistika problemlərinin ölkənin 2026–2027-ci illərdə kənd təsərrüfatı məhsulları ixracını iki dəfə azalda biləcəyini açıqlamışdı.
Limanların fəaliyyətindəki problemlər Polşa-Ukrayna sərhədində də nəqliyyat böhranına səbəb olub; sərhəddə təxminən 6,5 min yük maşını növbədə qalıb, gözləmə müddəti isə 7 günə çatıb.