Bank Of Baku

Aİ Ukraynaya yardımları koordinasiya edir

Avropa Komissiyası

© APA | Avropa Komissiyası

# 20 fevral 2022 05:05 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynaya yardımları koordinasiya etdiyini bildirib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, Ukraynanın tələb etdiyi ləvazimatların təyyarə ilə çatdırılması təmin edilir.

Avropa Komissiyasının yaydığı bəyanatda bildirilib ki, İttifaqa üzv dövlətlərin həyata keçirdiyi yardımların məqsədi Ukraynanın mümkün ssenarilərə hazırlıq işlərini dəstəkləməkdir.

Sloveniya, İrlandiya, Rumıniya və Avstriyanın yardımı tibbi vasitələr, generatorlar, antibiotiklər və dezinfeksiya vasitələrindən ibarətdir. Fransa isə yataq kisələri, kütləvi qırğın silahlarına qarşı qoruyucu əlcəklər və 500 yaralıya xidmət göstərə bilən səyyar hospital göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR