Bank Of Baku

Aİ və G7 Çinin məhdudiyyətlərinə cavab hazırlayır

Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç

© APA | Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç

# 14 oktyabr 2025 14:55 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) nadir torpaq metalları ixracına Çin tərəfindən tətbiq olunan son məhdudiyyətlərə qarşı tədbir görüləcək və bu məsələni G7 tərəfdaşları ilə birlikdə koordinasiya edəcək.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç bildirib.

Şefçoviç Aİ ticarət nazirlərinin Danimarkada keçiriləcək görüşündən əvvəl Çinin məhdudiyyətlərin tətbiq olunduğu xammal siyahısını genişləndirməsini vəziyyəti daha da ağırlaşdırdığını deyib.

"Bu kritik bir məsələ hesab edilir", – o əlavə edib.

Komissar vurğulayıb ki, ABŞ-ın ticarət naziri Havard Lutniklə vəziyyəti müzakirə edib və yaxın vaxtlarda bu məsələ ilə bağlı G7-nin videokonfransının keçirilməsi qərarına gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR