Bank Of Baku

Aİ XİN başçıları SEPAH-a qarşı yeni sanksiyaları müzakirə edəcək

Aİ XİN başçıları SEPAH-a qarşı yeni sanksiyaları müzakirə edəcək
# 22 may 2023 14:36 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə blokun xarici siyasətinə dair müzakirə aparacaqlar.

APA “Deutsche Welle”yə istinadən xəbər verir ki, iki günlük iclas çərçivəsində müzakirə ediləcək məsələlər arasında Rusiyanın Ukraynadakı müharibəsi gündəliyin əsas mövzularından biri kimi müəyyən edilib. Məlumata görə, Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın video bağlantı vasitəsilə iclasda çıxışı gözlənilir.

Aİ diplomatlarının həmçinin, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə rejimin hökumət əleyhinə etiraz aksiyalarını dağıtması ilə əlaqədar yeni sanksiyalar qəbul edəcəyi gözlənilir.

Görüşdən əvvəl Almaniya xarici işlər naziri Annalena Berbok bildirib ki, blok İrandakı insan haqları pozuntularını qəbul etməyəcək.

XİN başçıları, həmçinin Aİ-yə qoşulmaq üçün müraciət edən 6 Qərbi Balkan ölkəsini müzakirə edəcək. Albaniya, Monteneqro, Şimali Makedoniya, Bosniya və Hersoqovina, Serbiya və Kosovonun liderləri üzvlük danışıqlarının irəliyə aparılması məqsədilə Aİ-nin xarici işlər nazirləri ilə görüşəcəklər.

İclasda Sudandakı vəziyyətin, həmçinin güclü quraqlıqdan əziyyət çəkən Afrika Buynuzunun durumunun da müzakirə edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR