Bank Of Baku

Aİ yaxın gələcəkdə Rusiya qazını LNG ilə əvəz edə bilməyəcək

Ursula fon der Leyen

© APA | Ursula fon der Leyen

# 19 fevral 2022 17:15 (UTC +04:00)

Yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) Rusiyadan nəql olunan qazı mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə əvəz edə bilməyəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Yaxın vaxtlarda biz Rusiyadan tədarük edilən qazı ən yaxın dostlarımızın, xüsusən də ABŞ-ın bizə verdiyi LNG ilə əvəz edə bilməyəcəyik", - Avropa rəsmisi bildirib.

Onun sözlərinə görə, Aİ Avropaya tədarük olunan qazın 40%-ni Rusiyadan alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR