Türkiyənin milli müdafiə naziri Hulusi Akar Almaniyada Ukraynanın Təhlükəsizliyi üzrə Məsləhətçi Qrupun iclasında iştirak edir.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Akar iclas başlamadan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və digər başqa həmkarları ilə görüşüb.